
Əvəzedici heyətlər arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Qəbələ" XXXII turda çempionluğunu rəsmiləşdirib.
"Qırmızı-qaralar" bu gün "Neftçi"ni qəbul edib və 3:0 hesablı qələbə qazanıb. Sona 4 tur qalmış "Sumqayıt"la 13 xallı fərq yaradan "Qəbələ" rəqibi üçün əlçatmaz olub.
İlk dəfə Azərbaycan çempionu olan "Qəbələ" tarixində 5-ci mükafatını qazanıb. 2011/12, 2013/14 mövsümlərində gümüş, 2009/10, 2010/11 mövsümlərində bürünc medal qazanan "qırmızı-qaralar" yalnız 3 dəfə mövsümü mükafatsız bitirib. Heç vaxt ilk “altılıq”dan kənar düşməyən komanda 2014/15 mövsümünü 4-cü, 2012/13 mövsümünü 5-ci, 2008/09 mövsümünü 6-cı pillədə başa vurub.
Fanat.az