"Sumqayıt"ın bombardiri Amil Yunanovun durumuna aydınlıq gəlib. Fanat.az xəbər verir ki, tibbi müayinədən keçən gənc futbolçunun zədəsinin ciddi olmadığı müəyyənləşib.
"İnter"lə oyunun start heytində yer alan və 19-cu dəqiqkədə komandasının 2-ci qolunu vuran Amil ikinci yarıda zədələnmişdi. Oyunu davam etdirə bilməyən 23 yaşlı futbolçusu 76-cı dəqiqədə Aleksandr Çertoqanov tərəfindən əvəzləmişdi. Zədəsinin yüngül oldüğü müəyyənləşən Yunanovun XXXIII turda "Qarabağ"a qarşı oynayacağı gözlənilir.
Qeyd edək ki, Amil 9 qolla "Sumqayıt"ın bombardiridi.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol