Premyer Liqanın XXXV turunda "Xəzər Lənkəran"ı qonağı olan "Sumqayıt" rəqibi üzərində əzmkar qələbə qazanıb - 2:1. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra "kimyaçılar"ın baş məşqçisi Samir Abbasov qələbəni şərh edib:
"Qalib gəlmək üçün burada idik. Bu qələbə bizə çox vacib idi. "Sumqayıt" yarandığı ildən bu yana tarixində ən çox xalı yığdı. Ən azından öz fanatlarımza bu sevinci bəxş edə bildik. Düzdü, bu, avrokuboklara getməyimiz üçün yetərli deyil. Gərgin oyun oldu. Uşaqlara halal olsun. "Xəzər Lənkəran"ın bu duruma düşməsini heç kim istəmir. İnşallah, əvvəlki komandanı yenidən görərik".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol