Sabah Topaz Premyer Liqada cari mövsümə yekun vurulacaq. Fanat.az xəbər verir ki, çempionatda sonuncu - XXXVI turun mərkəzi görüşündə "Kəpəz" Gəncədə “Qəbələ”ni qəbul edəcək.
Mövsümün son oyunu ilə bağlı Gəncə klubunun baş məşqçisi Şahin Diniyev klubun saytına açıqlama verib: “Bu gün çempionatda maraqlı vəziyyət yaranıb, üç komanda bürünc medallara iddialıdı. Hər üç klub da mübarizəni sona kimi davam etdirir. Bu səbəbdən həm “Kəpəz” - “Qəbələ”, həm də “İnter” - “Zirə” oyunları vacibdi. Biz meydançaya üç xal üçün çıxacağıq. Nəyə nail olacağımızı oyun göstərəcək. Mövsümün sonuncu görüşü olmasına baxmayaraq komanda rəqibə qarşı əzmlə, məsuliyyətlə mübarizə aparacaq”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol