Fatih Terimi baş məşqçi postuna gətirəcəyi deyilən "Qalatasaray"la bağlı transfer iddiaları davam edir. Fanat.az xəbər verir ki, İstanbul klubunun Dortmund "Borussiya"sından Nuri Şahin və "Şalke 04"dən holland Klaas Jan Huntelaarı heyətinə qatacağı deyilir.
Ancaq hələlik hər iki futbolçu xəbərləri təkzib edir. Nuri Şahin "Qalatasaray" iddiaları ilə bağlı bunları deyib: "Borussiya"da çox xoşbəxtəm. Dünən adım "Qalatasaray"la yaşanı çəkilirdi, sabah "Fiorentina" ilə çəkiləcək. Futbolda belə şeyləri eşitmək normaldı, ama mən "Borussiya"da xoşbəxtəm".
Klaas Jan Huntelaar isə daha sərt danışıb: "Əslində hər il adımı "Qalatasaray"la yanaşı çəkirlər. Hazırda "Şalke 04"ün oyunçusuyam. "Qalatasaray"la maraqlanmıram".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol