
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt"ın daha iki rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Gürcüstan və Türkiyə klubları ilə qarşılaşacaq.
Baş məşqçi Samir Abbasov yetirmələrini iyulun 20-də Kutaisi "Torpedo"su ilə oyunda sınayacaq. 5 gün sonra baş tutacaq matçda isə "kimyaçılar"ın rəqibi Türkiyənin "Girəsunspor" klubu olacaq.
Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl keçirdiyi iki yoxlama oyununda Səudiyyə Ərəbistanının "Əl-Xaley” klubuna yenilib (1:3), Türkiyə təmsilçisi "Adana Dəmirspor"la "sülh" bağlayıb (0:0).
Fanat.az