“Sumqayıt” üç legioner futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi Taner Taktak, Murat Doymuş və Can Akgün ilə yeni müqavilə bağlamamağa qərar verib.
Hər üç futbolçu Belçika və Almaniyada doğulmuş türklərdi. Ötən yay transfer olunmuş T.Taktak “Sumqayıt”ın heyətində 20, M.Doymuş isə 26 oyun keçirin. Qışda heyətə cəlb olunan C.Akgün isə 13 oyunda meydanda olmuşdu.
Hər üç oyunçu hərəyə 1 qol vurmuşdu.
İdman24.az