AZAL heyətini gücləndirmək üçün hazırda 2 futbolçunun transferini həyata keçirməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” hücumçu Ruslan Qurbanov və yarımmüdafiəçi Tofiq Mikayılovun xidmətində maraqlıdır.
Bu oyunçuların transferini həll etmək üçün AZAL hazırda futbolçuların məxsus olduğu “Neftçi” və “Rəvan”la danışıqlar aparır. Bunu saytımıza AZAL-ın baş məşqçisi Vaqif Sadıqov bildirib.
Maraqlıdır ki, hər 2 futbolçunun xidmətində “Sumqayıt” da maraqlıdır.
İdman24.az