23:51 03.12.2013 1058

"Futbol boks deyil" deyən Tsxadadze..." - MÜSAHİBƏ

 

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun Fanat.az-a müsahibəsi.

 

-“Neftçi”nin “İnter”ə 1:3 hesablı məğlubiyyətinin səbəbi nə idi?

-Bunu konkret iki amillə əlaqələndirmək olar:  “Neftçi”nin zəif oynaması və hakim idarəçiliyi.

-Paytaxt derbisindəki yenilgini həzm etmək çətin idi?

-Təbii, uduzmaq xoş deyil. Amma biz məğlubiyyətlərin təsiri altında qalmayan komanda imicini çoxdan formalaşdırmışıq. Əsas yekun hesabdan dərhal nəticə çıxarıb sabitliyi bərba etməkdi ki, bu da sübut olunmuş reallıqdı. Bir var büdrəyəndən sonra “qara zolağ”a düşən komanda, bir də var səbəbləri vaxtında araşdırıb vəziyyətdən gecikmədən çıxan klub.

-Derbi bitəndən sonra Denis Silvanın “ağ-göylər”in futbolçusu Derlis Meza Kollini paltardəyişmə otağının yaxınlığında vurması və İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılması da diqqətdən yayınmadı...

-Denis futbolçuya yaraşmayan hərəkətə yol verib. Layiqli cəzasını alıb və eyni zamanda, klubda da onunla ciddi söhbət olub. Braziliyalının özünə rəva gördüyü davranışa heç bir halda haqq qazandırmaq olmaz. 

-Şənbə günü “Bakı”ni yenən “bankirlər”in çalışdırıcısı Kaxaber Tsxadadze oğlu Baçananın oyun epizodunda zərbə almasını “futbol boks deyil” iradı ilə qarşıladı.

-Ədalət təmsilçiləri belə epizodlarda qətiyyətli olmalıdılar. Baçananın çənəsinin sınması bilərəkdən vurulmuş zərbəyə sübutdu. Çox təəssüf ki, oğul Tsxadadze ciddi zədə aldı. Tezliklə sağalıb yaşıl meydanlara qayıtmasını arzulayıram. Ancaq “futbol boks deyil” deyən gürcü mütəxəssis bunu “Neftçi” ilə görüşdən öncə 88 və 19 nömrəli futbolçularına da başa salmalı idi. Sərt oyun başqadı, “qəssablıq” başqa.

-Yaxşı, bəs “Sumqayıt”la son turdakı oyun ərəfəsində bu rəqibə icarəyə verdiyiniz futbolçuların meydana çıxmamasını tələb etməyinizi necə izah edəcəksiz?

-İcarədə olan futbolçularımızın oyun praktikası qazanmasını biz də istəyirik. Lakin belə müqavilələr bağlanan zaman ora klubun mənafeyinə uyğun bəndlər də salırıq. Qərarı məşqçilər korpusu ilə birgə verdik. Baş məşqçimiz Nazim süleymanov oyunsonrası mətbuat konfransında sualı cavablandırıb. Cəzalı futbolçularımız çox idi. Həmişə hər hansı anlaşmaya qol çəkməmişdən öncə 6 ay sonranı da nəzərə alırıq. Yeri gəlmişkən, bunu ilk dəfə sizə açıqlayacağam: “Sumqayıt”a icarəyə verilən oyunçularımızı dekabrın sonunda geri qaytarmaqda qərarlıyıq.

-Niyə?

-Ruslan Qurbanov, Slavik Alxasov, Elşən Abdullayev və Kərim Diniyevin ordakı durumu bizi qane etmir. “Sumqayıt” çempionatın autsayderidi və yenilgiləri sıralayır. Bu isə gənclərin məğlubiyyətlərə alışması anlamına gəlir. Hədəf onların qalib ruhda yetişməsidi. Qışda “Neftçi” ilə təlim-məşq toplanışına yollanacalar.

-İcarə müqavilələrinin müddəti yanvara qədər idi?

-Yox. Mövsümün sonunadək. Ancaq müqavilələrdə istədiyimiz vaxt geri qaytara biləcəyimiz də əksini tapıb.

-“Sumqayıt”ın prezidenti Kamran Quliyevin komandanıza 1:2 hesablı yenilginin ardından referi Fariz Yusifovun ünvanına səsləndirdiyi ifadələrə münasibətiniz necədi?

-Emosianal görünürdü.Onu sakitləşdirməyə çalışdım. Lakin bunadək jurnalistlərə həmin açıqlamanı vermişdi. Şübhəsiz, yolverilməzdi.  Ancaq bu gənclikdən, emosialardan irəli gəlir. Sonradan özü də isti başla belə ifadələr işlətdiyini etiraf etdi.

-Şəxsən siz beynəlxalq dərəcəli sabiq fit sahibi kimi Yusifovun başçılıq etdiyi hakimlər briqadasının idarəçiliyindən razı qaldız?  

-Bu sayda səhvlərə yol vermək olmaz. Hərçənd Nurlan Novruzovun voleybol fəndi ilə qapımıza vurduğu qolla topun Erik Ramosun əlinə toxunduğu epizodu (“Sumqayıt”ın prezidenti bakılıların qapısına penalti təyin edilmədiyindən hiddətlənib və Fariz bəyin ünvanına təhqiramiz ifadə işlətmışdi – red.) müqayisə etmək belə yersizdi.  AFFA və PFL-in yaratdığı şərait qarşılığında çempionatda daha səviyyəli hakimlik görməliyik. Tahir Süleymanov, Xaqani Məmmədov, Asim Xudiyev  - müstəqillik dönəminin ilk FİFA referiləri o səhvləri etməzdi.  Doğrudu, Ramosun qələbə topunu vurduğu epizodda qolun qeydə alınması laysman adına müsbət məqam idi. Çünki yan xətt hakimi həmin an dəqiq qərar verməyi bacardı. Ancaq açığı, bu qədər səhv gözləmirdim. Ola bilsin, liderlə autsayderin görüşü hakimlərimizdə bir qədər arxayınlıq yaradıbmış.

-Növbəti turda liderlik uğrunda döyüş baş tutacaq. “Qarabağ”la oyundan nə gözləyirsiz?

-Azərbaycanın iki  baxımlı oyun nümayiş etdirən, son illərdə sabitliyi qoruyan komandası qarşılaşacaq. Azarkeşlərin oyundan zövq alacağına əminəm. Tərəflər həmişə bir-birinə hörmətlə yanaşıb. Güclü və oyunu ilə zəfərə layiq olan qalib gəlsin. Bilirsiz, həmişə demişəm, indidən Avropa haqda düşünməliyik.  Ölkə futbolu yalnız daxili mübarizədən ibarət deyil . “Qarabağ” da “Neftçi” kimi hədəfləri premyer-liqada yer tutmaqla yekunlaşmayan komandadı.  Bu iki rəqib arasındakı görüşlərdə sərgilənən futbolun keyfiyyəti Avroliqanın qrup oyunlarındakı matçlardan geri qalmır.

 

Fanat.az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Sentyabr 2026
12:04

Məhsuldar ötürmə müəlliflərinin mübarizəsində üçhakimiyyətlik yarandı - STATİSTİKA

11:48

"Araz-Naxçıvan" 150-yə çatdı

11:32

"Neftçi" və Brenodan rekord göstərici

11:17

"Salahın keçidi Türkiyə futbolunun Avropadakı nüfuzunu daha da artırıb" - Fatih Terim

10:58

Koutinyonun yeni klubu məlum oldu

10:39

Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatıldılar

10:20

Salah karyerasını Yunanıstanda davam etdirəcək

10:01

Qvardiola "Trabzonspor"a "yaşıl işıq" yandırdı

09:43

"Sabahın Ulduzları": "Zirə" ilə "Sabah"dan darmadağınlar - FOTOLAR/NƏTİCƏLƏR

09:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Bunu hər kəs gördü" - İsmayıl Kartal

02:51

La Liqa: "Real Betis" səfərdən 3 xalla dönür

02:04

Premyer Liqa: "Lids" darmadağına sevindi

01:47

Super Liqa: "Fənərbağça" səfərdə xal itirdi

01:17

"Barselona"nın gənc ulduzu üçün 140 milyon avro ödəyəcəklər?

00:54

A Seriyası: "İnter"dən inamlı qələbə

14 Sentyabr 2026
23:58

"Neftçi" ilə vidalaşan təcrübəli yarımmüdafiəçi karyerasını harada davam etdirəcək?

23:13

"Liverpul" ulduzunu satmır

22:32

"Şəfa” öz oyunu ilə bu çempionata xüsusi rəng qata bilib" - Zaur Həşimov

22:14

Valdas Dambrauskas "Şəfa" üzərində qələbəni belə şərh etdi

21:25

"Neftçi" Elvin Camalovla yollarını ayırdı

21:12

"Trabzonspor"da yeni baş məşqçi axtarışı

20:53

MPL: "Sabah" darmadağına sevindi

20:11

"İnter" Hakan Çalhanoğlu ilə yeni müqavilə üçün hərəkətə keçir

19:48

"Fənərbağça" Mert Müldürlə müqaviləni yeniləyir

19:11

Marselo Brozoviç "Əl-Sədd"ə transfer olundu

18:40

Super Liqa tarixində Okan Buruk kimisi olmamışdı

18:15

II Liqa: 3-cü tura yekun vuruldu

17:48

Luis Enrike: "Əvvəlki üç çempionat oyunundakından pis oynadıq, amma..."

17:29

"Euro Cup"un qalibi "Sabah"da

17:11

"Landau Lions" ÇL-də mübarizəni dayandırdı

16:53

"Neftçi"də yeni müqavilə

16:35

Məhəmməd Əlini bu etirafa məcbur edən əfsanəvi boksçu vəfat etdi

16:17

"Liverpul" Rayanı rekord məbləğ qarşılığında ala bilər

15:58

Maldini qol vurdu, xəstəxanaya düşdü

15:40

Cəlilov heç-heçəni dəyərləndirdi: "Çempionluğa oynayan komanda ilə qarşılaşdıq"

15:22

Terim Osimhendən danışdı: "Kaş ki, həmin gün olardı"

15:04

Nigeriyalı müdafiəçi Azərbaycan klubuna keçir

14:46

Elman Sultanov getdi - "Mingəçevir"i növbəti oyuna Məmmədov çıxaracaq

14:28

"Sabah"ın "Şəfa" ilə oyuna neçə itki ilə çıxacağı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X