AZAL-ın ilkin razılıq əldə etdiyi 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Murad Ağayevin transferi yekunlaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, gənc futbolçu bu gün və ya sabah “təyyarəçilər”lə rəsmi qaydada müqavilə bağlayacaq.
Belə ki, AZAL futbolçu “Sumqayıt”a məxsus olduğu üçün həmin klubla danışıqlarda da ortaq məxrəcə gəlib. Bunun üçün maliyyə böhranında olan paytaxt klubu Sumqayıt təmsilçisinə müəyyən məbləğ ödəməli olacaq.
Qeyd edək ki, AZAL buna qədər “Simurq”dan Qərib İbrahimov və Aleksandr Şemonayevi heyətinə qatıb.
İdman24.az