13:24 23.01.2021 1719

Sən gedəli...

PFL-in Texniki İdman Şöbəsinin rəhbəri, həmkarımız Elgiz Abbasov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi hərbir vətənpərvərlik mövzusunda müsabiqənin qalibi olub.
 
Fanat.Az həmin yazını təqdim edir.

Hardaydın? Nələr oldu bir biləsən... Sən gedəli ilxıda olan atlarımız da, qapıda keşik çəkən itlərimiz də qərib oldu, qurudu çayların suları, qurudu bulaqların gözü ağlamaqdan...

Sən gedəli təndirimiz çörəksiz, qapımız qonaq-qarasız, evimiz işıqsız, vətənimiz viran qaldı...

Həmin gündən paslandı bütün əqrəblərim, mənim üçün həyat, sizin üçün zaman dayandı, vətən oğlu... Sənin gəlişinlə canlanır əqrəblərim yenə də...

Yağılar doluşdu müqəddəs torpaqlarımıza. Toy yerlərimiz yas yerinə döndü, köçkün gedən insanların, meşələrdə donub qalan adamların, sal daşlara dəyib çaylarda axıb itkin düşənlərin cismən yox oldular, ruhən ağac olub bitib qaldılar damları olmayan dağıdılmış daş divarların arasında...

Sən bəlkə də məni xatırlamırsan, amma mən səni ayaq səslərindən, nəfəsinin hənirtisindən tanıyıram. Qarabağın çal-çağırlı vaxtında atanın toyu olmuşdu. O vaxt nənənin anana cehizlik verdiyi divar xalçasının üstündə mənə gözəl bir yer düzəltmişdilər. Yanımda nənə və babanın şəkili asılmışdı. Ora evinizin ən gözəl yeri idi. Atan hər gün sübh əzanında namaza durar, ibadətini edər, heyvanları örüşə yola salar, pəncərələri açıb evimizi başı qarlı dağlarımızın vətən qoxusu ilə havalandırardı.

Sən məni xatırlamırsan bəlkə də, amma mən səni nəfəsindən, ayaq səslərindən, hənirtindən, baxışından tanıyıram, vətən oğlu...

Çox dəcəl uşaq idin, anan hər gecə 4-5 dəfə durar, lampa işığında bir mənə baxar, bir də səni yatırmağa çalışardı. Sonra günlər ayları, aylar illəri əvəzlədi, sənin həyətdə oynamağa gedib qayıtmağın, atanın əl qabarı ilə ərsəyə gətirdiyi, ananın bir az da alın təri ilə yoğurub bişirdiyi çörək ilə yediyin yeməklərin vaxtına mən şahidlik etdim.

Sonra... sonra, ehh, bizim xoşbəxtliyimiz alındı əlimizdən... Bir səhər 9-u göstərirdi. Çox məşum bir gecənin səhərində oyanmışdıq hamımız. Kəndimizin üstünü qara buludlar almışdı, düşmən qapıda idi, vətən atanı çağırıdı. Bu vətənə edə biləcəyimiz ən böyük yaxşılıq onu sevməyimiz və göz bəbəyimiz kimi qorumağımızıdır. Həmin gün hər kəs elə xalçalı otağınıza yığışıb mənə baxırdı, çünki mən 10 olanda atan gedəcəkdi döyüşməyə...

Bəli, atan vətən üçün gedirdi, amma hər gedişin bir dönüşü olmur, mənim körpəm. Mən də kədərli idim, çünki mənim də sazlayıb quranım gedirdi... getdi... Sonra məni ananın əlləri ölməyə qoymadı... Amma ananın mənə hər toxunuşunda atanın hələ də qayıtmadığını hiss edir və öz səsimə bir az da kövrəklik qatırdım... Hər kəsin bu qada-balanın sürətlə keçəcəyini, atanın və qohum-əqrəbanın qayıdacağını gözlədiyi bir halda bizim kəndin ətrafında yağı düşmən göründü... Uca dağlarımız yıxılmşdı...

Qar dizdən idi, bu qar tam başqa qar idi. Özü ilə xeyir-bərəkət yox, qan-qada gətirmişdi. Ağ qarın üzərində qırmızı qan su yerinə axırdı. Çarə getməkdi... Bütün xatirələri, hər şeyini burada dəfn edib, torpağa tapşırıb getmək...

Həmin gündən sənə danışsam, qanın donar o gecə hər yerin hər bir canlının donduğu kimi... Yanaqları daban kimi çatlamış anan səni nənəndən qalma şala büküb apardı, göz uzanınca baxdım arxanca, çayı keçib meşəyə üz aldığınız o qorxunc gecədə mənim də əqrəblərim dondu, gedişinizə dözməyən alabaş tut ağacının altında, ayğır atın elə axurdaca öldü...

Mənim son xatırladığım hadisə isə viran qoyulmuş, dağıdılmış evimizin divarından düşməyim, xalçamızın və nənə-bananın şəkilinin yandırılması oldu...

Siz gedəli təkcə mənim əqrəblərim yox, həm də burada həyat dayandı, vətən oğlu...

28 il bir igidin ömrüdür, deyirlər, yanılmırlar... İgid olub qayıtdın ananın qucağında getdiyin torpaqlara... xilaskar kimi qayıtdın...

Sənin gəlişinlə canlandı şəhid qanı ilə yoğrulmuş torpaqlarımız, sənin gəlişinlə açdı güllərimiz, sənin gəlişinlə coşdu çaylarımız, sənin gəlişinlə uladı boz qurdlarımız, sənin gəlişinlə duman çəkildi dağlarımızdan, sənin gəlişinlə qalandı tonqallarımız, sancıldı bayraqlarımız vətən dağlarına, çatdı vətən üfüqlərinə...

uzat yaralı əllərini mənə, götür məni yerdən həyat ver paslanmış donmuş əqrəblərimə, qayıtsın dayanmış zaman bu torpaqlara...

Əmin ol, sənin gəlişinlə dədə babalarımızın, ata analarımızın ruhları göylərdə birləşib şadlanırlar... Əmin ol, sənin gəlişinlə atan yenə o müqəddəs torpaqlarımıza,anan yenə beşiyinin başına, qohum-əqraba o xalçalı otağınıza, alabaş yenə tut ağacının altına o ayğır atın yenə ilxısına, azan səsləri yenə məscidlərimizə qayıtdı! Evinə xoş qayıtdın, vətən oğlu... Sən qəhrəmanlığın özüsən!

İndi isə get, evinin çırağını – ananı gətir, mən artıq işləyirəm, zaman dayanmır, nəyin nə vaxt olacağını bilmək olmur. Ananı gətir... Çünki bu torpağın altında cismimiz, üstündə özümüz, göylərində ruhumuz olmalıdır!

ELGİZ ABBASOV
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X