İtaliya A Seriyasının 29-cu turunda "Napoli" ilə görüşdə "İnter" hesabda önə keçsə də, qələbə hesabını qoruya bilməyib (1:1).
Fanat.Az xəbər verir ki, "Calcionapoli1926.it" "Napoli"nin baş məşqçisi Françesko Kalzonanın oyunsonrası mətbuat konfransında dediklərini belə çatdırıb:
"Bu nəticəni yaxşı hesab edirəm. Komandamın oyunundan razıyam. Baxmayaraq ki, çoxlu problemimiz var. Hansı ki, onları birdən-birə yalnız sehrbaz həll edə bilər. Bütün problemlərimizi həll etmək üçün bizə sehrbaz lazımdır".
Növbəti turda “Napoli” “Atalanta” ilə qarşılaşacaq.
Mirağa