"Atletiko Madrid"in forvardı Antuan Qrizmann son 7 ildə ilk dəfə Fransa millisinə kömək edə bilməyəcək.
Fanat.Az-ın məlumatına görə, 32 yaşlı hücumçu topuğundakı zədə səbəbindən ölkəsinin yığmasının Almaniya və Çiliyə qarşı keçirəcəyi yoldaşlıq matçlarına kənardan baxacaq.
Antuan 2017-ci ildən bəri yığmada ardıcıl 84 matçda meydana çıxıb və "xoruzlar"ın heç bir matçını buraxmayıb.
Qeyd edək ki, Fransa seçməsi martın 23-də Almaniya, bundan 3 gün sonra isə Çili ilə qarşılaşacaq.