"İnter"in sabiq hücumçusu Qabriel Barbosa iki il müddətinə futboldan uzaqlaşdırılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “O Globo” yayıb.
Mənbənin məlumatına görə, braziliyalı futbolçu bu cəzanı antidopinq testinin nəticələrini saxtalaşdırmağa cəhd etdiyi üçün alıb. O, testlərin toplanması prosesinə müdaxilə edib, həmçinin antidopinq xidmətlərinin əməkdaşları ilə aqressiv davranıb.
"Qabiqol" kimi tanınan Barbosa "Santos"un məzunudur. Braziliyalı 2016-2020-ci illərdə İtaliya "İnter"inə məxsus olub və burada 10 görüşdə cəmi 1 qol vurub. "İnter"də olarkən üç dəfə icarəyə götürülüb və 2020-ci ildə yeni klubu - "Flamenqo"ya keçib.
Mirağa