"Fənərbağça"nın gənc futbolçusu Mehmet Can Gülər karyerasını Yunanıstan Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Fanatik" yayıb.
Xəbərə görə, türkiyəli müdafiəçi "Panatinaikos"un diqqət mərkəzindədir. Mənbə gənc oyunçunun performansını Yunanıstan təmsilçisinin baş məşqçisi Fateh Terimin bəyəndiyini və onun heyətə qatılmasını istədiyini vurğulayıb.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm "Fənərbağça"nın U19 komandası ilə 6 rəsmi matça çıxıb.
Nahid Ustaclı