"Liverpul"un sabiq futbolçusu Stiv Nikol İngiltərə nəhənginə müdafiəçisi Trent Aleksander-Arnoldu "Real Madrid"ə satmağı məsləhət görüb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" Nikolun sözlərini belə çatdırıb:
"Kimə azarkeşlik etdiyiniz mənə maraqlı deyil. Trent Aleksander-Arnold pis müdafiəçidir. "Real" 70, 80, 90 milyon avro təklif edirsə və sizin Trentdən zəif olmayan Konor Bredliniz varsa, satmaq lazımdır".
Qeyd edək ki, 25 yaşlı Aleksander-Arnold "Liverpul"un öz yetirməsidir. Komandasının vitse-kapitanı olan sağ cinah müdafiəçisi cari mövsüm "qırmızılar"ın forması ilə 29 rəsmi matça çıxıb. Bu qarşılaşmalarda 2 qol vuran arxa xətt oyunçusu 10 məhsuldar ötürmə ilə yadda qalıb. Trentin "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat