Bundesliqa təmsilçisi "Leypsiq"in yarımmüdafiəçisi Dani Olmo mövsümün sonunda klubu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Xəbərə görə, yayda onun xidmətində maraqlı olan klublar futbolçunun 60 milyon avroluq "sərbəstqalma bəndi"ni aktivləşdirə biləcək. İspaniyalı yarımmüdafiəçinin keçidini reallaşdırmağa əsas namizədlər "Barselona" və "Mançester Siti"dir.
25 yaşlı yarımmüdafiəçi bu mövsüm "Leypsiq"in heyətində bütün turnirlərdə 19 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa