"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva UEFA Çempionlar Liqasının 1/4 finalında uduzduqları "Real Madrid"lə bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, AS nəşri portuqaliyalının dediklərini belə çatdırıb:
“Real" qəribə komandadır. Təəssürat yaranır ki, onlarla qarşılaşmada üstünlüyə sahibsən, amma birdən əks-hücumlara keçib qollar vururlar. Onların fərdi olaraq çox güclü oyunçuları var. Madridliləri saxlamaq çox çətindir. “Real”la qarşılaşmada necə oynamaqla bağlı qərar vermək çətindir”.
Xatırladaq ki, “Mançester Siti” və “Real Madrid” ümumilikdə 4:4 (3:3, 1:1) bərabərə qalıblar. Penaltilər seriyasında isə İspaniya nəhəngi daha dəqiq olub.