İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avropa çempionatının finalından danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Uşaqlar paltardəyişmə otağında çox təmkinlidirlər. Yarımfinaldakı qələbəni təmtəraqlı şəkildə bayram etmək planımız yoxdur. Mən yığmaya gələndə məşqçi kimi cəmi iki illik Premyer Liqa təcrübəm var idi. İndi isə 100-dən çox beynəlxalq matçda iş başında olmuşam, təcrübə toplamışam. Hər təcrübədən dərs çıxarılır. Əvvəlki final Avropa çempionatındakı ilk finalımız idi. O vaxt hər şey alınmadı, amma bu dəfə biz daha yaxşı olmağa çalışacağıq".
Qeyd edək ki, İngiltərə finalda İspaniya ilə üz-üzə gələcək. Görüş iyulun 14-də reallaşacaq. Həlledici qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat