Futbol üzrə Avropa çempionatının finalını idarə edəcək Fransua Leteksye rekorda imza atacaq.
Fanat.Az xəbər verir ki, 35 yaşlı fransalı Avropa çempionatları tarixində finalda ədaləti qorumuş ən gənc hakim olacaq.
Qeyd edək ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcəklər. Görüş iyulun 14-də reallaşacaq. Final matçının start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat