22:58 12.08.2024 2523

"Meydanda sonadək vuruşacağıq" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəkləri matçdan - UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

“Bakıda bir az fərqli nəticə gözləyirdik, amma rəqibin təhlükəli olduğunu bilirdik. Bakıdakı matçda da bildirmişdim ki, çox təhlükəli əks-hücufikirledən və nəticəyə oynamağı bacaran kollektivə qarşı oynayırıq. Çox təcrübəli məşqçiləri var. Bu komandanın qurulmasında onun rolu böyük olub. Ona böyük hörmətlə yanaşırlar, fikirlərini meydanda çox yaxşı icra edirlər. Bəlkə doğma meydanda daha yaxşı nəticə əldə edə bilərdik. Amma əksini də düşünmək lazımdır. Ola bilərdi ki, daha pis nəticə qeydə alınardı. Qarşılaşmadan sonra komandada ilk günlər bir az üzüntü oldu. Amma hamı başa düşdü ki, bu, futboldur və hələ heç nə itirilməyib. Bizim cavab oyunumuz, bu matçda daha yaxşı nəticə əldə etmək şansımız var. Rəqib öz meydanında oynayır və çox səviyyəli komandadır. Sabah yaxşı nəticə əldə etmək üçün çox güc sərf etməliyik və daha səliqəli, intizamlı, dəqiq oynamalıyıq”.

Qurbanov komandasının hazırlığına da toxunub: “Hazırlığımız pis keçmədi. Sabah lazım olan nəticəni əldə etmək üçün meydanda sonadək mübarizə aparacaq, vuruşacağıq. Çox istərdim ki, hətta məğlub olsaq belə komanda meydanda yaxşı vuruşa, mübarizə apara bilsin və buna inanıram. Komandanın hazırlığı pis deyil. İdeal formada olduğumuzu deməzdim. Amma oyundan-oyuna daha yaxşı oluruq və buna çalışırıq. Zədəli futbolçularımız Musa Qurbanlı və qapıçımız Şahruddin Məhəmmədəliyevdir. Digərləri sabahkı matça hazırdır”.

Qeyd edək ki, "Ludoqorets" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk matçda qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 İyul 2025
23:30

Talişkaya Braziliyadan şok təklif

22:51

"Beşiktaş" axtardığını Almaniyada tapıb.

22:38

"Mingəçevir" bu legioneri transfer edir

22:31

"Zirə"nin futbolçusu dənizdə batdı

22:10

"Kristal Pelas"dan böyük səhv

21:35

"Qarabağ" Mərakeş millisinin futbolçusunu transfer etdi

21:05

"Neftçi" Polşada ilk yoxlama görüşünü keçirib

20:41

"Qalatasaray" ulduz müdafiəçini transfer edir

20:19

Mourinyu daha 2 futbolçunu göndərir

20:19

“Araz-Naxçıvan” Türkiyədəki sonuncu yoxlama görüşündə qələbəyə sevinib

19:46

Qvardioladan radikal qərar - 8 futbolçu ilə yollar ayrılır

19:05

"Qalatasaray" "Real Madrid"in ulduzuna elçi düşüb

18:50

Sanço İtaliya nəhəngi ilə anlaşıb

18:14

"Fənərbağça"ya PSJ-dən üçüncü transfer

17:51

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

Cerrard baba oldu

17:19

ÇL: “Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki oyunlarının vaxtı açıqlandı

16:55

Universiada: 2-si pley-offa yüksəldi, 1-i mübarizəni dayandırdı

16:37

"Araz-Naxçıvan" "Trabzonspor"la üz-üzə

16:19

Stolüstü tennis yığması Universiadada mübarizəyə başladı

16:00

PFL legioner limiti ilə bağlı qaranlıq məqama aydınlıq gətirdi - AÇIQLAMA

15:41

Tanınmış qapıçı karyerasını bitirdi

15:23

"Barselona"nın sabiq yarımmüdafiəçisi "Qarabağ"da? - SON DURUM

15:05

AFFA rəsmisi Almaniyada “Future Leader in Football 2025" proqramına qatıldı

14:47

"Quba" baş məşqçisi ilə yollarını ayırdı

14:29

"Mingəçevir"dən ayrılan vinger bu kluba keçdi

14:11

Tahir Süleymanov: "Birlik və düzgün planlama uğurun əsas açarıdır"

13:52

AL: İkinci mərhələnin iştirakçıları müəyyənləşir

13:33

"Neftçi" yeni formasını "Zəfər Günü"nə həsr etdi - VİDEO/FOTOLAR

13:17

"Sele"ni Sloveniyada yenmək mümkünsüz deyil"

12:59

"Neftçi" Polşada ilk sınaq matçına çıxır

12:41

Kamal Quliyev çempionun 3 futbolçusunu komandasına cəlb etdi

12:22

Premyer Liqa hakimləri üçün VAR kursları keçirilir

12:04

KL: Birinci mərhələyə yekun vurulur

11:45

Bombardir "Şəmkir"dən pulunu ala bilmir: "AFFA-ya şikayət edəcəm"

11:26

Kanalda batan Dəniz ölkə çempionu imiş - FOTO

10:50

Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində medal qazandı

10:32

Levandovskinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi

10:13

"Belqrad"a keçəcəyi gözlənilən qapıçı "İmişli"də? - AÇIQLAMA

09:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X