
La Liqa “Real Madrid”in vingeri Vinisius Juniyora qarşı kampaniya hazırlayan azarkeşləri hədələyib.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, İspaniya çempionatının mətbuat xidməti rəsmi açıqlama yayaraq irqçi addımla diqqət mərkəzinə düşəcək hər bir azarkeşin həbsinin tələb olunacağını bildirib.
Belə halların ölkə futbolunun imicinə zərbə olduğu vurğulanıb.
Qeyd edək ki, sabah keçiriləcək “Atletiko Madrid” – “Real” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri oyuna maska ilə gəlib Vinisiusu təhqir etməyi planlaşdırırdılar.