14:28 09.10.2024 827

"Bəzi oyunlarda qələbə qazanmağa borclu idik" - Rövlan Muradov

Misli Premyer Liqasının 9-cu turunda "Qarabağ"ı qəbul edən "Sumqayıt" 0:1 hesabı ilə uduzdu. Mövsümün geridə qalan 1-ci dövrəsində ümidləri doğrultmayan "gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Rövlan Muradovla əlaqə saxlayıb bir neçə sual ünvanladıq.

26 yaşlı futbolçunun Fanat.Az-a qısa müsahibəsini təqdim edirik.

- "Sumqayıt" "Qarabağ"la oyunda gözləniləndən yaxşı təsir bağışlasa da, yekunda xal qazanmaq mümkün olmadı. Ağdam təmsilçisi ilə oyun barədə nə deyə bilərsən?
- Düşündüyümüz qədər ağır və çətin oyun oldu. Döyüşdük, sona qədər mübarizə apardıq. Amma əfsuslar olsun ki, xal və ya xallar qazana bilmədik. Artıq bu matçı unudub qarşıdakı görüşlərə köklənəcəyik.

- Mövsümün 1-ci dövrəsində "Sumqayıt" güman ediləndən zəif göründü...
- 1-ci dövrə bizim üçün yaxşı keçmədi. Bəzi oyunlarda qələbə qazanmağa borclu idik. Ancaq çempionat hələ davam edir. Uzun marafonun böyük hissəsi irəlidədir. Yalnız onu deyə bilərəm ki, daha yaxşı olacağına ümid edirəm.

- Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə "Sumqayıt"ın toparlanmasına yardımçı ola bilərmi?
- Düşünürəm ki, yaxşı təsir edəcək. Bu, səhvlərimiz üzərində işləmək, oyunumuzu yaxşılaşdırmaq baxımından fürsətdir. Samir müəllimin (baş məşqçi Samir Abasovu nəzərdə tutur - red.) verdiyi tapşırıqları yerinə yetirməliyik. Qarşıdakı turlarda daha yaxşı oyun sərgiləyəcəyimizə və nəticələr qazanacağımıza inanıram.
 
Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 Dekabr 2024
02:39

ÇL: "Real" və "Liverpul"dan çətin, "Bayern Münhen"dən asan qələbə

10 Dekabr 2024
23:14

Kvaratsxeliya "Napoli" ilə bağlı qərarını verdi

22:39

ABL: "Sabah" ikinci dövrəyə qələbə ilə başladı

22:10

18 yaşlı braziliyalı iki İngiltərə nəhənginin hədəfində

21:48

Van Deyk İngiltərəni İspaniyaya dəyişir - İDDİA

21:19

"Mançester Yunayted" Reşfordla bağlı qərarını verdi

20:53

Salah Premyer Liqanın ən yaxşı oyunçusudur - PFA nəticəni açıqldı

20:28

"Buna gücüm çatmaz" - Qvardiola son nöqtəni qoydu

20:02

"Kəpəz"in braziliyalısının sağlıq durumuna aydınlıq gəldi

19:37

"Qarabağ" İsveçə yola düşdü

19:15

Karlo Ançelotti "Atalanta" ilə oyundan nə gözləyir?

18:31

Yüksək Liqa: "Xilasedici" və "Azərreyl"dən qələbə

18:10

Braziliya millisinin sabiq üzvü karyerasını 43 yaşında bərpa etdi

17:47

ABL: "Neftçi" yenə uduzdu

17:29

Uilyams bu qış İspaniya nəhənginə keçmək istəyir

17:11

21 yaşlı idmançıdan tarixi rekord

16:53

"Liverpul"la ÇL-in qalibi olan oyunçu Macarıstan klubuna keçdi - RƏSMİ

16:35

"Barselona"nın yayda zədələnən oyunçusu sıraya döndü

16:17

AFFA iki futbolçu haqda araşdırma aparır - AÇIQLAMA

15:54

"Mənə elə gəlir ki, "Qarabağ" "Elfsborq"u məğlub edəcək" - Aslan Kərimov

15:36

ACF kəmər dərəcələri üzrə imtahan keçirdi

15:19

"Sumqayıt" azarkeşləri Samir Abasovdan üzr istədilər

15:01

"Bayern Münhen"in baş məşqçisi Mixail Mudriklə bağlı sualı belə cavablandırdı

14:42

AMADA dəyirmi masa keçirdi

14:24

“Mançester Yunayted” Ranqniki geri qaytarır - SON DURUM

14:06

"Qarabağ"ın "Elfsborq"la oyununun hakimi bilindi

13:48

"Nə qədər ki, Messi var, Kriştianu cəhənnəm olsun"

13:30

Millimizin üzvü klubu ilə müqavilə yenilədi

13:12

"Liverpul" Salahı Türkiyə millisinin üzvü ilə əvəzləmək istəyir

12:54

Messi ən çox nifrət etdiyi futbolçunun adını açıqladı

12:35

Arda Güler Almaniya klubuna keçə bilər

12:16

"Berdiyev çox qışqıran məşqçidir"

11:58

Postekoğlu "Tottenhem"dən qovulur? - Rəhbərliyin qərarı bilindi

11:40

ABL: İkinci dövrə başlayır

11:22

"Traktor" 10 nəfərlə zirvəni ələ keçirdi

11:04

"Qarabağ" irəlilədi, "Turan Tovuz" siyahıya düşdü - Dünya reytinqi

10:45

Millinin heyətində dəyişiklik edildi

10:27

Tanınmış idmançı dünyasını dəyişdi

09:48

Messi 18 ildən sonra ilk dəfə bunu bacarmadı

09:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X