
"Barselona"nın hücumçusu Robert Levandovskinin agenti müştərisinin xidmətində maraqlı olan klubla danışıq aparmaq üçün İtaliyaya yollanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Məlumata görə, polşalı ulduzun təmsilçisi yaxın günlərdə "Yuventus" rəhbərliyi ilə görüşəcək. Mənbə Turin klubunun serb forvard Duşan Vlahoviçlə bu yay başa çatacaq müqaviləni də yeniləmək istədiyini, lakin onun komandada saxlanılmasına böyük maliyyə xərcləməyi planlaşdırmadığını vurğulayıb. Levandovski ilə "Milan"ın da maraqlandığı diqqətə çatdırılsa da, "qaca sinyora"nın təcrübəli futbolçunun heyətə qatılması istiqamətində daha ciddi canfəşanlıq etdiyi bildirilib.
Cari mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 40 matça çıxan Levandovski 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul