
"Barselona"nın braziliyalı ulduzu Rafinya Yaxın Şərq klublarının diqqət mərkəzindədir.
Fanat.Az xəbər verir ki, "El Pais" nəşrinin iddiasına görə, Səudiyyə Ərəbistanı klubları 29 yaşlı hücumçunu transfer etmək üçün "Barselona"ya 90 milyon avro ödəməyə hazırdır.
Bundan əlavə, futbolçuya illik təxminən 30 milyon avro dəyərində nəhəng maaş paketi təklif olunur.
Səudiyyəlilər bu cəlbedici təkliflə ulduz futbolçunu öz liqalarına cəlb etmək niyyətindədirlər.