
Almaniya futbolunun ən perspektivli gənclərindən sayılan Said El Malanın gələcəyi maraq doğurur.
Fanat.Az xəbər verir ki, "Sky Sport DE"nin yaydığı məlumata görə, "Köln" klubu 19 yaşlı vinger üçün 50 milyon avro tələb edir.
Həm "Bavariya", həm də Premyer Liqa təmsilçisi "Brayton" futbolçu ilə yaxından maraqlansalar da, hələlik heç bir klub bu yüksək məbləği ödəməyə hazır deyil. Cari mövsümdə göstərdiyi oyunla diqqət çəkən yeniyetmə ulduzun transfer dəyəri onun potensialına görə kifayət qədər yüksək qiymətləndirilir.