
İngiltərə Kubokunda 2025/2026 mövsümünün final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici qarşılaşmada “Çelsi” və “Mançester Siti” komandaları üz-üzə gəliblər.
Görüş “şəhərlilər”in 1:0 hesablı qələbəsi ilə bitib. Matçda yeganə qola Antuan Semenyo 72-ci dəqiqədə imza atıb. Beləliklə, “Mançester Siti” mövsümü kubokun qalibi kimi başa vurub.
Bu, “Mançester Siti” üçün Qvardiola ilə İngiltərə kubokunda əldə edilən üçüncü zəfərdir. Ümumilikdə isə ispaniyalı mütəxəssis klubu çalışdırdığı 10 il ərzində 20 kubok qazanıb.
MS səkkizinci dəfə yarışın qalibi olaraq ən çox titul qazanan komandalar arasında “Çelsi”, “Liverpul” və “Tottenhem”lə eyni səviyyədə üçüncü yerə yüksəlib. İngiltərə Kubokunu ən çox “Arsenal” (14) və “Mançester Yunayted” (13) qazanıblar.