
Türkiyənin "Beşiktaş" klubunun rəhbərliyi komandanın baş məşqçisi Sergen Yalçınla əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı "TRT Spor" yayıb.
"Ağ-qaralar"ın 53 yaşlı mütəxəssislə vidalaşdığı açıqlanıb.
Xatırladaq ki, 2020/2021 mövsümündə də "Beşiktaş"da işləyən Sergen Yalçın 2025-ci ilin avqustunda İstanbul komandasının "sükanı arxası"na qaytarılmışdı. "Qara qartallar" mövsümü 60 xalla 4-cü pillədə başa vurub. "Qalatasaray" (77 xal) çempion olubsa, sonrakı pillələrdə uyğun olaraq "Fənərbağça" və "Trabzonspor" qərarlaşıblar.
Toğrul