
İngiltərə təmsilçisi "Mançester Siti" yay transfer pəncərəsində heyətində ciddi islahatlar aparmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, Mançester təmsilçisi 32 yaşlı xorvatiyalı təcrübəli yarımmüdafiəçi Mateo Kovaçiçi bu yay satmağa tam hazırdır.
"SportsBum" nəşrinin əldə etdiyi eksklüziv məlumata əsasən, klub rəhbərliyi təcrübəli oyunçu üçün gələcək rəsmi təkliflərin minimum 15 milyon avrodan başlamasını şərt qoyub.
Hazırda İtaliya A Seriyasının nəhəngləri "Milan" və "İnter" futbolçunun ətrafındakı vəziyyəti yaxından monitorinq edir, eyni zamanda Türkiyə və Səudiyyə Ərəbistanı klubları da ulduz oyunçunun transferini bitirmək üçün ciddi təzyiq göstərirlər.