
"Ayntraxt"ın müdafiəçisi Nataniel Braun karyerasını iki Avropa nəhəngindən birində davam etdirməyə yaxındır.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, bu ay start götürəcək dünya çempionatı üçün Almaniya millisinə çağırılan arxa xətt oyunçusunun xidmətində "Bayern Münhen" və London "Arsenal"ı maraqlıdır.
Sözügedən klubların onu DÇ-2026-da izləməyi hədəflədikləri də vurğulanıb.
22 yaşlı Nataniel 2024-cü ilin yanvarından Frankfurt təmsilçisindədir. Onun "Ayntraxt"la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Sözügedən oyunçu geridə qalan mövsümdə bütün turnirlərdə 42 matça çıxaraq 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Braunun transfer qiymətini 40 milyon avro məbləğində dəyərləndirir.
Toğrul