
Səudiyyə Ərəbistanı klubları transfer bazarında astronomik məbləğlərlə dünyanı heyrətləndirməkdə davam edir.
Fanat.Az "Goals Zone" nəşrinə istinadən xəbər verir ki, "Əl Hilal" klubu PSJ-nin fransalı ulduzu Usman Dembeleni heyətinə qatmaq üçün ağlasığmaz bir təklif irəli sürüb.
Səudiyyə təmsilçisi 29 yaşlı cinah hücumçusuna 4 illik müqavilə təklif edir. "Əl Hilal" bu transferi rəsmiləşdirə bilmək üçün Dembeleyə illik 200 milyon avro maaş ödəməyə hazırdır.
Əgər fransalı futbolçu bu təklifə "hə" desə, ümumilikdə 4 ilə 800 milyon avro qazanaraq futbol tarixinin ən çox qazanan simalarından birinə çevriləcək.