
"Real Madrid"in prezidentliyinə namizəd Florentino Peresin ötən günlərdə işarə etdiyi böyük transfer layihəsinin detalları tam bəlli olub.
Fanat.Az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Madrid klubunun rəhbəri çərşənbə axşamı günü "Bayern Münhen"in ulduzu Maykl Olise üçün rəsmi olaraq 150 milyon avroluq təklif irəli sürəcək.
Lakin İspaniya nəhənginin bu çılğın gedişinə qarşı tərəfdən gözlənilməz reaksiya gəlib. Almaniya klubunun fəxri prezidenti keçən günlərdə verdiyi rəsmi bəyanatda Oliseni nəinki 150 milyona, hətta 200 milyon avro qarşılığında belə satmaq niyyətlərinin olmadığını kəskin şəkildə ifadə edib.
Münhen təmsilçisinin bu qətiyyətli mövqeyindən sonra Peres və rəhbərliyinin transferi bitirmək üçün necə bir strategiya izləyəcəyi futbol ictimaiyyəti tərəfindən maraqla gözlənilir.