
"Liverpul"un cinah hücumçusu Federiko Kyeza bu yay Mersisayd təmsilçisi ilə əməkdaşlığa son qoyacağını istisna etməyib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "La Gazzetta dello Sport" belə çatdırıb:
"Müntəzəm oynamaq istəyirəm. Premyer Liqada davam edə bilməsəm, başqa bir şey axtarmaq lazım gələcək. "Liverpul"dakı ilk ilimdə demək olar ki, oynamadım. Əlbəttə, komanda ilə ABŞ-yə mövsümöncəsi turneyə yollanacağam. Ardından isə klub rəsmiləri və yeni baş məşqçi İraola ilə danışacağam. Gerisinə baxacağıq".
Kyeza 2024-cü ilin yayından "Liverpul"dadır. Geridə qalan mövsümdə mersisaydlıların heyətində bütün turnirlərdə 36 matça çıxan italiyalı vinger 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı ön xətt oyunçusunun transfer qiymətini 13 milyon avro məbləğində dəyərləndirir.
Toğrul