
"Real Madrid"in və Türkiyə millisinin gənc ulduzu Arda Gülər Dünya Kuboku ilə bağlı rəsmi hədəflərini açıqlayarkən maraqlı və iddialı fikirlər səsləndirib.
Fanat.Az xəbər verir ki, Türkiyə mətbuatına danışan Ardaya ünvanlanan "Lionel Messini, yoxsa Kriştianu Ronaldunu məğlub edib turnirdən kənarlaşdırmaq istərdiniz" sualına o, gözlənilməz cavab verib.
Arda Gülər hər iki dünya ulduzuna böyük hörmətlə yanaşdığını, lakin seçim etmək istəmədiyini qeyd edib.
Gənc ulduz "İnşallah hər ikisi gələr və biz Dünya Kubokunda hər iki əfsanəni də sıradan çıxararıq" deyərək özünə olan böyük inamını nümayiş etdirib.