
"Barselona"nın baş məşqçisi Hansi Flik klubun akademiyasından əsas komandaya cəlb olunacaq yeni istedadların adlarını rəsmən müəyyənləşdirib.
Fanat.Az İspaniyanın məşhur "Sport" qəzetinə istinadən xəbər verir ki, 18 yaşlı misirli hücumçu Həmzə Əbdülkərim yeni mövsüm öncəsi hazırlıq düşərgəsində əsas komandada yer alacaq.
Gənc forvard alman mütəxəssis tərəfindən xüsusi olaraq bəyənilən 4 akademiya oyunçusundan biri olmağı bacarıb.
Həmzə ilə yanaşı Ebrima Tunkara, Orian Qoren və Oskar Qistau da hazırlıq prosesində Kataloniya klubunun əsas heyəti ilə birlikdə məşq edəcəklər.