
"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim".
Fanat.Az ESPN UK-ya istinadən xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in və Fransa millisinin sabiq sol cinah müdafiəçisi Patris Evra deyib.
Məşhur veteran əlavə edib: "Bağışla, Lamin. Səni çox istəyirəm. Amma Kriştianu Ronaldudan, Messidən, başqa oyunçulardan soruşsanız, təsdiqləyərlər. Onlar mənə qarşı oynayarkən yaxşı oğlan deyildim".
Yamal "Barselona"nın yetirməsidir. 18 yaşlı vinger geridə qalan mövsümdə Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 45 matça çıxaraq 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat