
"Real Madrid" klubunda Florentino Peresin yenidən prezident seçiləcəyi təqdirdə komandanın sükanı arxasına keçəcək Joze Mourinyunun planı bəlli olub.
Fanat.Az xəbər verir ki, təcrübəli portuqaliyalı mütəxəssis rəhbərlikdən ulduz futbolçu Bernardu Silvanın transfer edilməsini istəyib.
İspaniya mətbuatının yazdığına görə, Mourinyunun gəlişi reallaşarsa, bu keçid transfer pəncərəsinin əsas hədəfi olacaq.
Portuqaliyalı pleymeykerin də yenidən qurulacaq heyətdə yer almağa müsbət yanaşdığı iddia edilir.