
"Çelsi"nin müdafiəçisi Mark Kukurelya iş yerini dəyişməkdə israrlıdır.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispaniya millisinin üzvü "Barselona"ya keçmək niyyətindədir.
Məlumata görə, "blauqrana"nın baş məşqçisi Hans-Diter Flikin yüksək qiymətləndirdiyi futbolçu London klubunun rəhbərliyinə Kataloniya təmsilçisinə qoşulmaq istədiyini deyib və satışa çıxarılmasını xahiş edib. "Zadəganlar"ın bu keçiddən təxminən 40-50 milyon avro qazanmağı hədəflədikləri bildirilib.
Xatırladaq ki, Kukurelyanı "Mançester Siti", "Mançester Yunayted", "Atletiko Madrid" və "Real Madrid" də rənglərinə bağlamaq istəyir.
Toğrul