
"Real Madrid" rəhbərliyi gələn mövsümün müdafiə xəttini formalaşdırmaq üçün Almaniya millisinin ulduzunu hədəf seçib.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi daxili müzakirələrdə Dortmund "Borussiya"sının müdafiəçisi Niko Şlotterbekin transferini masaya yatırıb.
İnsayder Xose Feliks Diasın məlumatına görə, 26 yaşlı almaniyalı stoper özü də bu keçidə çox istəklidir və "Kral klubu"ndan gələcək rəsmi zəngi gözləyir.
Şlotterbekin müqaviləsində 50 milyon avroluq sərbəstqalma maddəsinin olması transfer danışıqlarını "Real" üçün olduqca asanlaşdırır. Bu keçid reallaşacağı təqdirdə, Madrid nəhəngi gələn mövsüm tamamilə yeni müdafiə dördlüyü ilə mübarizə aparacaq.