
"Real Madrid" rəhbərliyi yay transfer pəncərəsində komandaya qoşulacaq yeni ulduzlara yer açmaq məqsədilə heyətdə ciddi ixtisarlar etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Santyaqo Bernabeuda böyük bir təmizlik əməliyyatına hazırlaşır.
İspaniyanın nüfuzlu "Diario AS" nəşrinin yaydığı siyahıya görə, baş məşqçi Xose Mourinyonun gələcək planlarında yer almayan bir neçə əsas komanda oyunçusunun gələcəyi qeyri-müəyyən qalıb. Siyahıda yer alan və klubdan ayrılma ehtimalı yüksək olan futbolçular bunlardır:
Raul Asensio
Fran Qarsiya
Eduardo Kamavinqa
Aureliyen Tçuameni
Franko Mastantuono
Brahim Diaz
Qonzalo Qarsiya