
"Real Madrid"in türk ulduzu Arda Güler üçün adı açıqlanmayan bir klubundan inanılmaz məbləğdə - tam 150 milyon avroluq rəsmi transfer təklifi gəlib.
Fanat.Az xəbər verir ki, "kral klubu"nun prezidenti Florentino Peres bu ağlasığmaz rəqəmə baxmayaraq, təklifi heç bir müzakirə aparmadan dərhal və qəti şəkildə rədd edib.
İspaniya mətbuatının məlumatına görə, Peres yaxın ətrafına və idman direktorluğuna Arda Gülerin klubun gələcək layihələrinin toxunulmaz və ən əsas parçalarından biri olduğunu bildirib.
Klub rəhbərliyi 21 yaşlı pleymeykeri nəinki 150 milyona, ümumiyyətlə heç bir astronomik məbləğə satmağı planlaşdırmır.