
“Barselona” yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi “Tottenhem” və Argentina millisinin müdafiəçisi Kristian Romero ilə maraqlanır.
“Barselona” rəhbərliyi 28 yaşlı mərkəz müdafiəçisinin transferi ilə bağlı Dünya Kubokundan sonra konkret addımlar atmağa hazırlaşır. Klubun yaxın vaxtlarda London təmsilçisinə rəsmi təklif göndərə biləcəyi bildirilir.
Hazırda Romero “Transfermarkt” portalı tərəfindən 45 milyon avro dəyərində qiymətləndirilir.