
"Çelsi" müdafiə xəttini yeni fransalı futbolçu ilə gücləndirməyə nail olub.
Fanat.Az xəbər verir ki, London klubu Maksans Lakruanın transferi ilə bağlı bütün detalları həll edib.
Transferin ümumi dəyərinin 60 milyon avro olduğu bildirilir.
Mərkəz müdafiəçisi ilə 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanacaq.