
Türkiyə çempionu "Qalatasaray" yoxlama görüşündə İtaliyanın "Montsa" klubu ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, Okan Burukun yetirmələri bu qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə ayrılıblar.
İtaliya təmsilçisinin qollarını 23-cü dəqiqədə Andrea Karboni və 49-cu dəqiqədə Patrik Kutrone vurublar.
"Cim-Bom" hesabda geri düşdükdən sonra ikinci hissədə heyətdə çoxsaylı əvəzləmələr etsə də, məğlubiyyətdən qurtula bilməyib.