
İngiltərə futbolunda yay transfer pəncərəsinin ən gözlənilməz gedişlərindən biri gerçəkləşmək üzrədir.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Cordan Hendersonun "Brentford"dan "Çelsi"yə keçidi ilə bağlı danışıqlar uğurla davam edir.
Tərəflər arasında müsbət məcrada gedən müzakirələrin həftəsonuna qədər yekunlaşacağı gözlənilir.
"Çelsi" rəhbərliyi təcrübəli yarımmüdafiəçinin komandadakı gənc heyətə liderlik edəcəyinə inanır.