
İngiltərənin "Nyukasl Yunayted" klubunda 5 illik Eddi Hau erasının sonuna yaxınlaşılır.
Fanat.Az xəbər verir ki, "sağsağanlar"ın baş məşqçi postunu təhvil almağa əsas namizəd hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunu çalışdıran Matias Yayssledir.
Almaniyalı gənc mütəxəssisin "Sent Ceyms Park"a gəlişi üçün danışıqların müsbət məcrada irəlilədiyi bildirilir.
Rəhbərlik Eddi Hau ilə yolları ayırdıqdan dərhal sonra Yaysslenin təyinatını rəsmiləşdirməyi planlaşdırır.