
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz"in bu yay heyətə qatdığı futbolçulardan biri də Azuma Abubakardır. Əvvəlki iş yeri "Lustenau" (Avstriya) olan 29 yaşlı forvard artıq "Sumqayıt"la yoxlama oyununda da iştirak edib. Abubakardan həm Gəncə təmsilçisi, həm də "kimyaçılar"la sınaq qarşılaşması barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Kəpəz"ə qoşulmaq mənim üçün əla təcrübə oldu. Heyət və komanda yoldaşlarım çox yaxşıdır. Onlarla uyğunlaşmaq və işləmək xoşdur. Əlbəttə ki, klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı.
Bu oyunda iştirak etmək yaxşı sınaq oldu. İlk matçım komanda yoldaşlarımı daha yaxından tanımaq, həmçinin topla və topsuz vəziyyətdə necə hərəkət etməli olduğumuzu görmək baxımından faydalı idi. Oyun ərzində müsbət tərəflərimizin üzə çıxdığını deyə bilərəm. Təbii ki, hər növbəti matçdada üzərində işləyib təkmilləşdirməli olduğumuz məqamlar da var. Bildiyiniz kimi, hazırda yeni mövsümə hazırlaşırıq. Komandanı uğura daşımaq üçün əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, "Kəpəz"in avqustun 1-də Qəbələ şəhər stadionunda Qətərin "Əl-Xəraitiyat" klubuna qarşı keçirməli olduğu yoxlama görüşü rəqibin istəyi ilə ləğv edilib.
Nihat