
İngiltərə Premyer Liqasında yay transfer pəncərəsi gərgin mübarizə ilə davam edir.
Fanat.Az insayder Devid Ornşteynə istinadən xəbər verir ki, "Everton" klubu "Arsenal"ın yarımmüdafiəçisi Kristian Nyorqorun transferi üçün "topçular"la 7 milyon funt-sterlinq qarşılığında prinsipial razılıq əldə edib.
Danışıqları uğurla yekunlaşdıran Mersisayd təmsilçisi təcrübəli orta sahə oyunçusu ilə şəxsi şərtləri də razılaşdırıb.
Danimarkalı futbolçunun gələn həftə Liverpulda tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacağı gözlənilir.