
"Kristal Pelas" Yaponiya millisinin müdafiəçisi Takehiro Tomiyasunu azad agent qismində heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı İngiltərə klubunun rəsmi saytı yayıb
Sözügedən futbolçu London komandasında 17 nömrəli formanı geyinəcək. Takehironun "Kristal Pelas"la müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, Tomiyasu 2021-2025-ci illərdə "Arsenal"da çıxış edib. O, ötən mövsümün ikinci yarısını "Ayaks"da keçirib.