
Almaniya klubu "Verder"in 19 yaşlı müdafiəçisi Karim Kulibalinin başına xoşagəlməz hadisə gəlib.
Fanat.Az xəbər verir ki, gənc oyunçu ötən gün məşqə getmək istəyərkən avtomobilinin təkərlərinin yerində olmadığını görüb.
Kulibali sosial şəbəkə hesabında avtomobilinin fotosunu paylaşaraq belə yazıb: "Mən sadəcə məşqə getmək istəyirdim".

Buna rəğmən, Kulibali Bremen təmsilçisinin məşqinə gecikməyib. Onun köməyinə komanda yoldaşı Salim Musa gəlib.